“Qadın gücünə güc!” layihəsi çərçivəsində İsmayıllıda təlimlər başa çatıb

Tarix: 15-7-2015 // saat: 10:53
Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə birgə əməkdaşlıq çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniyanın Konrad Adenauer Stiftung (KAS) fondu tərəfindən reallaşdırılan “Qadın gücünə güc!” layihəsi çərçivəsində iyulun 11-13-də İsmayıllıda keçirilən təlimlər başa çatıb.
AZƏRTAC xəbər verir ki, ucqar bölgələrdə qadınların sosial-iqtisadi və ictimai-siyasi həyatda iştirakı, onların qərar vermə prosesində fəal rol oynamaları üçün bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən layihə 2 il üçün nəzərdə tutulub və Azərbaycanın Aran, Gəncə-Qazax, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrini əhatə edir.
Layihə çərçivəsində İsmayıllıda keçirilən təlimlərdə sahibkarlığa həvəsi olan 50-yə yaxın gənc qadın iştirak edir.
“Qadın gücünə güc!” layihəsinin koordinatoru Leyla İsgəndərova çıxışında məsələ ilə bağlı ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Vurğulanıb ki, bu gün öz bilik və bacarığı, yüksək intellektuallığı ilə tanınan Azərbaycan qadını ölkəmizin istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi həyatında, dövlət idarəçiliyində böyük rola malikdir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN