İsmayıllada vətəndaşların qəbulu

 Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 16-da saat 14:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 59) bu bölgə yaşayan olan vətəndaşları qəbul edəcək. 
 

Tarix: 11-7-2015 // saat: 22:34
 Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 16-da saat 14:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 59) bu bölgə yaşayan olan vətəndaşları qəbul edəcək. DGK-nın mətbuat xidmətindən bildiriblər ki, qəbul zamanı bölgədə yerləşən rayonların - İsmayıllı, Qəbələ, Şamaxı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 15-i saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
 
http://sia.az
 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN