Tarix-Diyarşünaslıq Muzeyində yenidənqurma və rekonstruksiya işləri aparılır

Tarix: 4-7-2015 // saat: 11:22
Kürdəmir rayonunda quruculuq-abadlıq işləri çərçivəsində rayonun Tarix-Diyarşünaslıq Muzeyində yenidənqurma və rekonstruksiya işləri aparılır.
Faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar rayondakı “Qələbə parkı”nda əsaslı yenidənqurma işləri başa çatdırılaraq rayon sakinlərinin istifadəsinə verilib. Park ərazisindəki abidə kompleksi yenidən bərpa olunub.
Hazırda “Qələbə parkı”nın ərazisində yerləşən, bölgənin qədim, orta əsrlər və müasir dövrlərini özündə yaşadan 4070 eksponatın nümayiş etdirildiyi Tarix-Diyarşünaslıq Muzeyində yenidənqurma və rekonstruksiya işləri aparılır.
Muzeydə Kürdəmirin uzaq keçmişi, habelə müasir dövrünü əks etdirən sənədlərə, eləcə də Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətləri, rayona səfərləri ilə bağlı fotoşəkillər və digər sənədlər nümayiş etdiriləcəkdir.
Qeyd edək ki, hazırda yenidənqurma işləri aparılan muzeyin binası genişləndirilərək 360 kv.m - ə çatdırılıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN