Göyçay rayonunun daha iki kəndinə təbii qaz verilib

Tarix: 2-7-2015 // saat: 13:05
Göyçay rayonunun Şahsoltanlı kəndində 10 min 574, Yekəxana kəndində 13 min 882 poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib. İki yaşayış məntəqəsində, ümumilikdə 400 ədəd fərdi tənzimləyici və sayğac quraşdırılıb. İndiyədək Göyçay şəhərində və 20 kənddə 15 min 800 mənzil qazlaşdırılıb. Hazırda rayonda ümumi abonentlərin 61 faizi təbii qazdan istifadə edir. Rayonun Məlikkənd, Hüngütlü, Aşağı Qaraməryəm, Şıxbəy, Şıxəmir, Qaraman, Xəlitli, Dövranlı kəndlərinin qazlaşdırılması üçün görülən işlər sürətlə aparılır. Yaxın vaxtlarda bu kəndlərə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Həmin 8 kəndin qazlaşdırılmasından sonra rayonda ümumi abonentlərin 66,5 faizi "mavi yanacaq"la təmin olunmuş olacaq.
Mərasimdə çıxış edənlər bu sevinci onlara bəxş edən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN