Qobustan rayonun kəndlərinə qaz verilib

Tarix: 30-6-2015 // saat: 11:24
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, Qobustan rayonunun Poladlı kəndinin 272 abonentinə təbii qazın verilməsi üçün 22 min 851 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 272 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Füzuli rayonunun 208 abonenti olan “Qayıdış-8” və 205 abonenti olan “Qayıdış-9” qəsəbələrinə isə bu gün ilk dəfə olaraq təbii qaz verilib. Bunun üçün “Qayıdış-8” qəsəbəsində birpilləli sistem əsasında uzunluğu 6 min 743 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. “Qayıdış-9” qəsəbəsinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 2 min 811 metr metal borularla qaz xətləri çəkilib, 205 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN