İsmayıllıda futbol turniri başa çatdı

Tarix: 27-6-2015 // saat: 11:53
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayon futbol turniri final yarışı ilə başa çatıb. Dövri sistemdə gedən oyunlara aprel ayının ikinci yarısından başlanılmışdı və ardıcıl olaraq davam edirdi.
10 komandanın iştirakı ilə keçirilən turnir hər il keçirilən rayon çempionatlarından daha maraqlı, fəal və geniş miqyaslı oldu.
Finalda Hacıhətəmli və Kürdmaşı bələdiyyələrinin komandalarının oyununda daha fəal oynayan, Hacıhətəmli komandası 5-1 hesabı ilə qalib gələrək I yeri tutub. Kürdmaşı komandası II, “Tikinti-27” ASC-nin komandası isə III yerə çıxıb.
Qaliblərə tutduqları yerə müvafiq pul mükafatları, hədiyyələr, diplom və kubokları rayon futbol federasiyasının sədri, rayon polis şöbəsinin rəisi Nizami Qocayev və rayon Gİİ-nin rəisi Taleh Salehov təqdim edib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN