İsmayıllıda “ Silahlı Qüvvələr” günü qeyd edilib

Tarix: 26-6-2015 // saat: 11:40
Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü qeyd edilib. İştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər. Onların sırasında İkinci dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri, məktəblərin hərbi xidmətəqədərki fənn müəllimləri, istefada olan hərbiçilər çoxluq təşkil edib.
Heydər Əliyev Mərkəzinin foyesində vətənpərvərlik və hərbi vətənpərvərlik mövzusunda mahnılar ifa edilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğundan, cənab Prezident İlham Əliyevin qüdrətli, mübariz, döyüşə hazır ordu yaratmasından, hərbi sənayenin təşkili və təkmilləşdirilməsini dünya standartlarına çatdırmasından ətraflı danışıb.
Sonra Silahlı Qüvvələr günü ilə bağlı filmə baxılıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN