Basqal qəsəbəsinə təbii qaz verilib

Tarix: 26-6-2015 // saat: 11:24
İsmayıllı rayonunun Basqal qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov, Millət vəkili N.Aslanov, RİH nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, qəsəbə sakinləri iştirak edib.
İsmayıllı rayonunun 750 abonenti olan Basqal qəsəbəsinə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2930 metr olan polietilen və 32 286 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 750 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür ediblər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN