Ağsu və Qobustan rayonlarında yanğın

Tarix: 23-6-2015 // saat: 17:11
FHN-yi xəbər verir ki, Ağsu rayonu, Nəmirli kəndində (rayon mərkəzindən 12 km aralı) bələdiyyəyə məxsus ərazidə 1,5 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın 22.06.2015-ci il saat 11:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bundan başqa Qobustan rayonu, Təsi kəndində (rayon mərkəzindən 22 km aralı) bələdiyəyə məxsus ərazidə 1 ha biçilməmiş taxıl və 30 ha sahədə kol-kos yanıb. Biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 22:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN