“ASAN xidmət” iyunun 18-dən iyulun 2-dək səyyar avtobuslar vasitəsilə İsmayıllı, Zaqatala, Hacıqabul rayonlarında vətəndaşlara xidmətlər göstərəcək

Tarix: 18-6-2015 // saat: 18:04
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə daxildir: Notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi,fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
İlin sonunadək səyyar “ASAN xidmət” bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərəcək.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN