Ağsuda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi ev tikilir

Tarix: 12-6-2015 // saat: 22:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağsu rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi ev inşa olunur. AZƏRTAC xəbər verir ki, evlərdən 6-sı Ağsu şəhərində, qalan 4-ü isə hər yaşayış məntəqəsində biri olmaqla Curuğlu, Ərəbmehdibəy, Göydəlləkli və Qaraqaşlı kəndlərində tikilir. Bu evlərdən biri istisna olmaqla 9-u üç otaqlıdır. Göydəlləkli kəndində inşa edilən ev isə ikiotaqlıdır. Tikinti işlərində yerli inşaatçılar çalışırlar. Artıq əksər evlərdə daş-hörgü işləri başa çatdırılıb. Evlərin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN