Bitkiçiliyin inkişafına həsr olunan müşavirə

Tarix: 11-6-2015 // saat: 17:28
İsmayıllı rayonu ərazisində əkinə yararlı torpaqlarda bitkiçiliyin inkişafı ilə əlaqədar səmərəli tədbirlər həyata keçirilir. Nəticələr də illər üzrə müqayisədə yüksələn xətlə gedir. 2014-cü ildə hər hektarın məhsuldarlığının artması, 82 min ton taxıl istehsal olunması deyilən fikiri tam təsdiq edir.
2015-ci ildə daha yüksək nəticələrə çatmaq üçün rayon icra hakimiyyəti taxıl, yem və digər bitkiçilik məhsullarının daha da artması üçün səmərəli tədbirlər həyata keçirir.
“Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, 2015-ci ilin taxıl və ot biçininin mütəşəkkil keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələr barədə” mövzusuna Rayon İcra Hakimiyyətinin həsr etdiyi müşavirə əsil mənada səfərbərlik yaratmağa xidmət edir.
Müşavirədə rayon icra hakimiyyəti başçısının müavini Mahmud Süleymanov giriş nitqi ilə çıxış edərək taxılçılara dövlət dəstəyindən, bitkiçiliyin intensiv inkişaf yollarından, ailə təsərrüfatının səmərəsindən, taxıl biçini, yem tədarükü və yanğına qarşı mübarizə tədbirlərindən danışıb. Obyektiv şəraitə və imkanlara əsaslanaraq taxıl istehsalını 100 min tona çatdırmaq vəzifəsini məsləhət bilib. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamını iştirakçılara çatdırıb.
Bəs məhsuldarlığı hansı optimal yollarla artırmaq olar?
“Rayonun kənd təsərrüfatında həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə” məruzə edən Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Həsən Həsənovun məruzəsində bu sualın cavabı daha geniş əksini tapdı.
Şimal-Qərb Regional Yanğın Nəzarəti İdarəsinin rəisi Qüdrət Əzimovun, Aqrokimya Laboratoriyasının müdiri Ağarıza Zülfüqarovun, “Aqrolizinq”in Qobustan Regional nümayəndəliyinin direktoru Həsənağa Hüseynovun məruzələri də məhsuldarlığın yüksəldilməsi və yanğın təhlükəsizliyi yollarından bəhs edib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Faiq Bayramov və bitkiçilik şöbəsinin baş məsləhətçisi Mustafa Rüstəmov müşavirədə çıxış ediblər.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN