Göyçayda qadın sürücünün avtomobili ağaca çırpılıb, bir ailənin 3 üzvü xəsarət alıb

Tarix: 3-6-2015 // saat: 12:13
Hadisə Göyçay-Bərgüşad yolunun 8-ci kilometrliyində, Qızılağac kəndi ərazisində qeydə alınıb. 1966-cı il təvəllüdlü Salahova Kamilə Əhliman qızı idarə etdiyi 99-DR-646 dövlət nömrə nişanlı “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücünün özü, həyat yoldaşı 1957-ci il təvəllüdlü Abbasov Bayram Abbas oğlu və nəvəsi, 2010-cu il təvəllüdlü Abbaszadə Fatimə Vüsal qızı müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN