Kürdəmirdə 28 May - Respublika Günü

Tarix: 29-5-2015 // saat: 23:13
 Mayın 28-də  rayonun  Heydər  Əliyev  Mərkəzində   Respublika   Günü münasibətilə  “Şərqin ilk  demokratik  Respublikası - Azərbaycan  Xalq Cümhuryyəti” mövzusunda dəyirmi masa  keçirilib. Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov , rayonun hüquq-mühafizə  orqanlarının  rəhbərləri,   ağsaqqallar və ziyalılar,  idarə,  müəssisə  və təşkilatların  rəhbərləri,  rayon  ictimaiyyətinin  nümayəndələri   iştirak  etmişlər. Tədbir iştirakçıları əvvəlcə müasir,müstəqil Azərbaycan Respublikasının qurucusu  Ulu    Öndər    Heydər   Əliyevin    abidəsi      önünə    tər  gül-çiçək dəstələri qoyublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi  ilə başlanib.Kürdəmir  şəhər 3 saylı  tam orta məktəbi  şagirdlərinin  ifasında  təqdim olunan ədəbi-bədii  kompozisiya  dəyirmi masa  iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mərasim iştirakçıları Şilyan kənd tam orta məktəbinin tarix müəllimi Xidmət Əhmədovun “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət kimi”, Kürdəmir şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Elnurə Eminbəylinın “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın Dövlətçilik tarixində yeri və rolu”, Cəyli kənd tam orta məktəbinin direktoru, Ağsaqqallar şurasının sədr əvəzi Ayət Nəsirovun “Azərbaycan Xalq Cümhuriyyəti və Müstəqil Azərbaycan”, Kürdəmir şəhər bələdiyyəsinin sədr müavini Məzahir Qasımovun “28 May Milli zəfər günümüzdür” mövzularında çıxışlarını dinləmişlər. Məruzə və çıxışlarda qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikası Ulu Öndərimiz Heydər Əliyevin parlaq ideyaları , dahi öndərin siyasi davamçısı ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində daim tərəqqi edib çiçəklənəcək, öz müstəqilliyini möhkəmləndirəcək, Ümummilli Liderimizin dediyi kimi , əbədi və dönməz edəcəkdir. Həmçinin dərin minətdarlıq hissi ilə vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyev irsinin həyata keçirilməsi, onun ideyalarını reallaşdırılması Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində reallığa çevrilmişdir. Tədbiri öz çıxışı ilə yekunlaşdıran Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Respublika Günü münasibətilə mərasim iştirakçılarını və onların timsalında rayonun bütün sakinlərini təbrik edib. Rayon rəhbəri qeyd edib ki, müstəqil yaşamaq, dövlət qurmaq, minillikləri əhatə edən bəşər tarixində heç də hamıya qismət olmur.Tarixdə vaxtı ilə dövlət olan, sonra müxtəlif səbəblərdən varlığına son qoyulan, öz suverenliyini qazanıb, sonra onu hissə-hissə itirən, formal müstəqillik qazanan dövlətlər də az olmamışdır. Dövlətlərin yaranması və inkişaf tarixi çox çətinliklərdən keçib, çiçəklənmə və tənəzzül dövrlərini yaşayıblar, Bütün bu proseslərdə  danılmaz və ümumi olan bir cəhət var. Bu həlledici bir amilə - “milli siyasi lider” faktoruna bağlı olmuşdur. Hər bir dövlətin uğurları bu konkret amildən asılı olur. Milli dövlətimiz olan Müstəqil Azərbaycan  Respublikası bilavasitə Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəridir. Dövlətçilik səlnaməmizin şanlı səhifələri məhz onun siyasi xətti  ilə  yazılıb.
 
 
 
 
 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN