“Bakı-2015” I Avropa Oyunlarının məşəl estafeti Göyçayda böyük izdihamla qarşılanıb

Tarix: 25-5-2015 // saat: 12:49
Göyçay rayon mərkəzində minlərlə rayon sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəl estafetinin iştirakçılarını qarşılayıb.
Şəhərin M.Hüseynzadə küçəsində quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli idmançı Ramil Əliyev qəbul edib. Sonra yürüşə start verilib. İdmançılar məşəli bir-birinə ötürərək M.Hüseynzadə, Nizami küçələri və Heydər Əliyev prospekti ilə hərəkət etməklə, Heydər Əliyev Mərkəzinin qarşısındaki meydana gəliblər.
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, idman ustası, əməkdar məşqçi Namət Şirinov səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra taekvondo üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fidan Babayeva birinci Avropa Oyunlarının çırağını yandırıb. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN