Ağsu şəhərinin tarixinə dair

Ağsu şəhəri Ağsu çayının hər iki sahilində yerləşir. Bura 40° 35' Şimal enliyi, 48° 24' şərq uzunluğunun kəsişdiyi yerdir.Şəhər öz adını hidronimdən – enli dərələrlə şirvan düzünə çıxan Ağsu çayının adından götürmüşdür. 

Tarix: 12-11-2014 // saat: 13:50
Ağsu toponiminin birinci komponenti ağ "çayın suyunun keyfiyyətini, içməyə, istifadəyə yararlığını, yüngül olduğunu" bildirir. Bu ad öz mənbəyini bulaq sularından aldığına görə verilmişdir. Toponimin ikinci komponenti burada ''çay" məfhumunu ifadə edir. Bir sıra tiirk dillərində su "su" mənası ilə yanaşı "çay" mənası da daşıyır. Bu söz sonuncu mənada yalnız hidronimlərin ikinci komponenti yerində işlədilir.Qax, Laçın, Xanlar rayonları ərazisindəki bir sıra çayların Ağsu adlı qolu vardır. Bu hidronimlər eynimənşəlidir.Ağsu şəhərinin adı bəzi mənbələrdə Yeni Şamaxı kimi də verilir. Bu Şamaxı əhalisinin Ağsu kəndinə köçürülməsi ilə bağlıdır. Tarixi Şamaxı şəhərinə bu dövrdən etibarən Köhnə Şamaxı, Ağsu kəndinə Yeni Şamaxı deyilmişdir.Bəzən isə Ağsunu Beyləqan şəhəri adlandırırlar. Bunu tarixi Beyləqan şəhəri ilə də bağlayanlar var. Bu haqda bəzi ehtimali məlumatlar verilmişdir.XVIII əsrdə mövcud olmuş şəhər öz adını Ağsu çayından götürməklə mənbələrdə daha çox Ağsu kimi göstərilir.Ağsuçay vadisinin maddi mədəniyyət abidələrindən biri Ağsu şəhəri xarabalığıdır. XVIII əsrin yadigarı olan "Xaraba Şəhər" müasir Ağsu şəhərinin cənubunda, Ülgüclü kəndi yaxınlığında yerləşir. Qala şəhər düzbucaqlı formasında olub, 34 ha ərazini əhatə edir.Elmi ədəbiyyatda istehkamlı sahəsi 50 ha qədər olan şəhərlər orta dərəcəli şəhərlər sırasında qeyd edilir və əsasən vilayət mərkəzləri hesab edilir.Ağsu şəhərinin xarabalıqlarında lazımi müşahidələr aparılmışdır Burada yaşayış binalarının, ictimai binaların qalıqları,şəhərin küçələri aydın görünür. Ətrafdan xırda təpələr yığnağına oxşayan şəhər yeri 2400 metrlik torpaq sədd ilə əhatə olunmuşdur. Bu səddin kənarı dərin xəndəklə əhatələnmişdir. Xəndəyin, dibdən eni 8 m, buradan səddin üstünə qədər hündürlüyü 12 m-dir.Təhlükəli müharibələr zamanı şəhərin müdafiəsini möhkəmlətmək məqsədilə xəndəyin içərisi daima su ilə doldurulmuşdur. "Xaraba Şəhər"in giriş darvazalarının Şərqdən və qərbdən olması haqqında ehtimallı mülahizələr vardır.Şəhərin cənub hissəsində torpaq təpələr nəzəri cəlb edir. Bu təpəliklər şəhərin qala bürclərinin, gözətçi qüllələrinin qalıqlarıdır. Bürclər dairəvi planda olub, çevrəsinin uzunluğu 50 metrdir. Belə bürclər şəhərin şimal hissəsində də olmuşdur.S.Bronevski qeyd edir ki, şəhərin ətrafına qala divarları çəkilmişdi. Qalanın dördkünc və dairəvi bürcləri var idi. Qala divarlarının qarşısında dərin xəndək qazılmışdı. Şəhərin yaşayış binalarının alt hissəsi zirzəmilərdən ibarətdir. Binaların üst hissəsi uçub zirzəmiyə tökülmüşdür. Buradakı çalalar zirzəmilərın qalıqlarıdır.Şəhərdə yaşayış binaları sıx yerləşmişdir. Küçələr ensiz olub, arabalarla hərəkət etmək mümkün deyildi.Şübhəsiz şəhərin mərkəzi küçələri nisbətən enli olmuşdur.İctimai binalar şəhərin şiınal hissəsində inşa olunmuşdur. Bu sahədə şəhər meydanı, karvansara və s. ictimai binaların qalıqlarını xatırladan tikinti izləri vardır. Torpaq sədd elə şəhərin bu hissəsində nisbətən salamat qalmışdır.Ağsu şəhər yerindən sadə və şirli gil qab nümunələri və misdən hazırlanmış toxuculuq aləti əldə edilmişdir. Saxsı qab nümunələri son orta əsrlər dövrünə aiddir. Buradan Surxay xanın adına zərb edilmiş mis sikkə tapılmışdır. Pul Nadir şahın şəhərin salınması əmrindən əvvələ aiddir. Deməli, Ağsu şəhəri Ağsu kəndi əsasında yaranmışdır. Ağsunun ticarət və sənətkarlıq mərkəzi olması haqqında XVI-XVII əsrdə yerli və xarici mənbələrdə məlumat verilir."Xaraba Şəhər"dən 1,5-2 km qərbdə çoxlu sayda saxsı məmulatları səpələnmiş sahə vardır. Burada şəhərə məxsus dulusçu sənətkarların məskunlaşdığını güman etmək olar.XVIII əsrdə Ağsu Ģəhərinin möhkəm qala divarları, müdafiə istehkamları olmuşdur. Bu şəhər getdikcə inkişaf etmiş və XVIII əsrin son rübündə Azərbaycanın çoxsaylı əhalisi olan şəhərlərindən birinə çevrilmişdir. V.Leviatov qeyd edir ki, XVIII əsrin sonunda Yeni Şamaxı (Ağsu) şəhərinin əhalisi 10 minə yaxın olduğu halda Gəncə, Ərdəbil, Şuşa, Nuxa, Bakı və başqa şəhərlərin əhalisi 3-8 mindən çox deyildi. S.Yegiazarov Ağsu əhalisindən şirvan xanının xeyrinə 15.510 manat vergi toplandığını qeyd edir. Bu fakt şəhərdə əhaliyə qarşı ağır vergi sisteminin olduğunu göstərir.
Ağsu şəhəri son orta əsrlər Azərbaycanın ictimai-siyasi və hərbi həyatında mühüm rol oynamış şəhərlərdəndir.1734-cu ilin yayında Nadirqulu xan öz qoşunu ilə Şamaxıya hərəkət etdi.Surxay xanın şamaxını tərk etməsinə baxmayaraq şamaxılılar iki ay müqavimət göstərdilər. Belə müqavimətdən qəzəblənmiş Nadirqulu xan 1734-cu il avqustun sonlarında şamaxını ələ keçirdikdən sonra şəhəri yandırdı, darmadağın etdi,əhalisinin isə köçürülməsi əmrini verdi. Nadir 1735-ci il may ayının sonunda şamaxının 4 fərsəxliyində Ağsu çayı sahilində yeni şəhər tikməyi əmr etdi. Şəhərin tikintisinin başa çatmasından sonra bütün şamaxı əhalisini burada məskunlaşdırdı. Şirvan hakimlərinin iqamətgahı da buraya köçürüldü.1737-ci ildə şirvan hakimi Sərdar xan üsyan etmiş Dərbənd ailələrini Ağsuda, şirvanın sorsor tayfasını isə Dərbənddə yerləşdirdi. 1743-cü ildə şirvanda Nadir zülmünə qarşı üsyan başlandı. Bu zaman özlərini Səfəvilərin xələfləri kimi təqdim edən yalançı şahzadələr - I, II, III Sam Mirzələr meydana çıxdı ki, onlardan ikisi şirvanda fəaliyyət göstərirdi.I Sam Mirzə əlli minlik qoşunla Surxay xanın müşaiyətində Yeni Şamaxını (Ağsu) tutdu. Nadir şahın zülmündən cana gəlmiş əhali onu rəğbətlə qarşıladı. O, xalqı Nadir Şah tərəfindən qoyulmuş vergilərdən azad etdi. Lakin Şirvan düzündə baş verən döyüşdə Nadir şahın oğlu Nəsrullah Mirzə Sam Mirzəni məğlub etdi. I Sam Mirzə öldürüldü. II Sam Mirzə Surxay xanın oğlu Məhəmməd xanın yardımı ilə 1743-cu ilin oktyabrında Şirvanda güclü üsyanın baş verməsində böyük rol oynadı. Ağsu əhalisi İran məmurlarını qovdu. Lakin Nəsrullah Mirzə 3 dəfə məğlub olmasına baxmayaraq nəhayət top atəşi ilə Ağ su qalasını ələ keçirə bildi. Çiçəklənən Ağsu şəhərinə ilk zərbə dəydi. Mənbədə göstərilir ki, farslar şəhəri mühasirə etdilər. Burada az sayda ləzgi qalmışdı ki, bir neçə gündən sonra şəhəri tutub onları da tamamilə məhv etdilər. Nadir bu günü "Allah dad" (Allah köməyə çat) adlandırırdı.1747-ci ildə mayın 9-da Nadir şah öldürüldü. Onun ölümündən sonra yerlərdə müstəqil xanlıqlar meydana gəldi. Bu xanlıqlardan biri ġirvan xanlığı idi. Şirvan xanlığında 1747-1763-cü illər ərzində ikihakimiyyətlilik hökm sürmüşdür. Şamaxıda hakimiyyət başında Xançoban tayfasından Əsgər bəyin oğulları Məhəmməd Səid xan və Ağası xan olmuşdur. Ağsuda isə Nadir Şahın şirvanda vergi toplayanı təyin olunmuş Hacı Məhəmməd Əli xan hakimiyyəti ələ keçirmişdi. Xançoban tayfasından çıxan xanların siyahısı belədir:
Məhəmməd Səid xan Əsgər bəy oğlu
Ağası xan Əsgər bəy oğlu
Əsgər xan Məhəmməd Səid xan oğlu
Qasım xan Məhəmməd Səid xan oğlu
Mustafa xan Ağası xan oğlu
Bu dövrdə Azərbaycanda ağalıq uğrunda yerli feodalların mübarizəsi gedirdi. Belə şəraitdə 1755-ci ildə Şəki xanı Hacı Çələbi Ağsunu mühasirə etdi. Hacı Məhəmməd Əli xan qubalı Hüseyn Əli xanın yanına kömək üçün qaçdı. Qubadan 3000 atlı Hüseyn Əli xanın, 500 atlı Qaytaq usmisi Həmzənin olmaqla böyük qoşunla qayıtdı. Ağsu ətrafında döyüşdə Hacı Çələbi xan ağır itki verərək geri çəkildi. Hacı Məhəmməd Əli xanın Ağsu Ģəhər qapısının açarlarını təqdim etməsinə baxmayaraq Hüseyn Əli xan onları qəbul etmədi. Üç günlük ziyafətdən sonra o, öz xanlığına qayıtd. 1762-ci ildə Zaqafqaziyanı bürüyən güclü taun xəstəliyindən Ağsu əhalisi çox ziyan çəkdi. 1763-cü ildə Ağsu və Şamaxı vahid xanlıqda birləşdi.(Bu hadisəni A.A. Bakıxanov 1765-ci ilə aid edir). Məhəmməd Səid xan və Ağası xan Ağsunu ələ keçirib, Hacı Məhəmməd Əli xanı öldürdülər. Paytaxt Ağsudan Şamaxıya köçürüldü. 1767-ci ildə Quba xanı Fətəli xan Şəki xanı Hüseyn xan ilə birləşdi. Müttəfiqlər iki tərəfdən Şamaxı şəhərini mühasirə etdilər. Məhəmməd Səid xan və Ağası xan müqavimət göstərə bilmədilər. Hüseyn xan Ağası xanın gözlərini çıxartdırdı. Fətəli xan isə Məhəmməd Səid xanı Dərbəndə göndərdi. Paytaxt yenidən Ağsuya köçürüldü. Hər iki xan şəhərə öz naibini təyin etdi. Şirvanın Sərdərin və Həsən mahalları Şəki xanlığına, qalan hissəsi isə Quba xanlığına birləşdirildi.1768-ci il avqust ayında Şəki xanının köməyinə arxalanan Hacı Məhəmməd Əli xanın oğlu Manafbəy Fətəli xana qarşı sui-qəsd təşkil etdi. Qəsdin üstü açıldıqda Fətəli xan şirvan üzərinə qoşun yeritdi. Şamaxı və Ağsu şəhərləri tutuldu. O, sentyabrda Hüseyn xanın qoşununu məğlub etdi. Şəki xanının Ağsudakı vergi yığanlarını qovdu. Quba xanı Fətəli xan tərəfindən 1769-cu il iyul ayında Ağsu şəhəri dağıdıldı və əhalisi şamaxıya köçürüldü. Mənbələrin məlumatına görə az vaxtda bütün Ağsu əhalisi ġamaxıda yerləşdirilmişdi. S. Qmelin Ağsuda olarkən orada evlərin dağıdılmış divarlarından başqa heç nə tapmadığını bildirir. M.Biberşteyn, S.Bronevski və digər müəlliflərin yazılı məlumatlarında göstərilir ki, Fətəli xan camaatı Ağsudan ġamaxıya zorla köçürdüyü zaman əhalinin miqdarı o qədər azalmışdı ki, şəhərin bir sıra küçələri bomboş qalmışdı.Ağsu əhalisinin şamaxıya köçürülməsinin bir neçə səbəbi göstərilir:
Birincisi, Ağsu şəhərinin yerləşdiyi coğrafi ərazidə iqlimin qeyri-sağlam olmasıdır. H.Z. Şirvani qeyd edir ki, Şamaxıya Ağsu adında yeni şəhər daxil edilmişdir. Burada su şirin deyil, iqlimi də sağlam deyildir.
İkincisi, Ağsuda daha bir antiquba hərəkatının başlanması ehtimalının olması idi. Çünki, Quba xanlığının siyasətindən narazı qüvvələr fürsət axtarırdılar.
Üçüncüsü, Ağsunun Şəki xanlığına daha yaxın coğrafi mövqedə yerləşməsi idi. Şamaxı isə nisbətən Qubaya yaxındır. Son iki səbəb Fətəli xanı bu addımı atmağa məcbur etmişdir. Beləliklə, Ağsu şəhərinə sayca dördüncü, ən böyük zərbə dəymiş oldu.
1774-cü ildə Məhəmməd Səid xan azad olundu. Əvvəllərdə olduğu kimi o, Ağsu şəhərini, Ağası xan isə vilayətləri idarə etməyə başladı. Lakin Ağası xan ilə Fətəli xanın münasibətləri daima düşmənçilik xarakteri daşıdığından 1785-ci ildə şirvanda növbəti döyüş oldu. Ağası xan məğlub olub, oğlanları ilə birgə Qubaya göndərildi. 1787-ci ildə qardaşının vəziyyətinin gec-tez onu da haqlayacağını başa düşən Məhəmməd Səid xan gizli olaraq Fətəli xan ilə döyüşə hazırlaşırdı. Fətəli xan bu haqda xəbər tutanda Məhəmməd Səid xan Şəkiyə qaçdı. Lakin Şəki xanı onu və oğlanlarını Fətəli xana verməyə məcbur oldu. Sərkər ailəsinin kütləvi həbs olunması Məhəmməd Səid xanın oğlanları Əsgər bəy, Qasım bəy və Ağası xanın oğlu Mustafa bəyin Qarabağa qaçmasına səbəb oldıı. Lakin Şəki xanının əmri ilə onlar Ərəşdə həbs olundular. Buna baxmayaraq, Şəki xanının Fətəli xana göndərdiyi elçilər yolda sərkər ailəsini azad etdilər. Xan oğlanları Cara, oradan Avar xanı Umma xanın yanına getdilər. Umma xan Ağsuda olan Fətəli xanın üzərinə hərəkət etdi. şəhəri üç ay mühasirədə saxladı. Umma xan Fətəli xanla qan düşməni olmasına baxmayaraq razılığa gəldi, qohum oldu və Avar xanlığına qayıtdı. Xan oğulları isə Qarabağa, oradan Axalkalaka, sonra isə Türkiyəyə getdilər.1788-ci ildə Fətəli xanın əmri ilə Salyanda saxlanılan Məhəmməd Səid xan və oğlanları, Bakıda saxlanan Ağası xan və oğlanları, həmçinin Qubada saxlanan Məhəmməd Rəzi bəy öldürüldü. Sərkər ailəsinin kütləvi məhv edilməsinə başlanıldı. 1789-ci ildə Fətəli xan da öldü. Onun oğlu Əhməd xan Şəki xanı Məhəmməd Həsən xanın, Əsgər bəyin, Qasım bəyin, Mustafa bəyin və Manaf bəyin birləşmiş qüvvələrinin Şirvana girməsinə mane ola bilmədi. Sərkər ailəsi vilayətləri, Manaf bəy isə Ağsu şəhərini idarə etməyə başladılar. Lakin tezliklə sərkər ailəsi Ağsu Ģəhərini tutub Manaf xanı öldürdülər. Əsgər bəy ġirvan xanı oldu. Manaf xanın öldürülməsi Quba və ġəki xanlarını Əsgər xana qarşı birləşdirdi. Onlar Ağsu şəhərini iki tərəfdən mühasirə etdilər. Lakin Əsgər xan ləzgilərə 5000 tümən göndərib, onların mühasirədən imtina etməsinə nail oldu. Müttəfiq xanlar mühasirədən əl çəkdilər. Şirvanlılara görə Əsgər xan zəif hokmdar idi. Onun yerinə qardaşı Qasım bəyi oturtdular. Lakin Qasım xan da onların ümidini doğrultmadı. Qasım xanın Əlvənddə olan Mustafa bəy üzərinə yürüşü və məğlub olması şirvanda siyasi vəziyyətə əsaslı təsir etdi. 1792-ci ildə Houzlu Yüzbaşı bəy və Sərdərinli Ömər Sultanın başçılıq etdiyi feodal qrupu Mustafa bəyi hakimiyyətə gətirdilər. Qasım xan Qubaya qaçdı. 1794-cü ildə Qasım xanla birləşən Quba və Şəki xanları Ağsu şəhərini bir neçə ay ərzində mühasirədə saxladılar. Leysan yağışının yağmasından istifadə edən Sərdərinli Ömər Sultan onların qüvvəsinə gözlənilməz zərbə endirdi. Məğlub olmuş xanlar geri qayıtdılar. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Azərbaycana yürüş etdi. O,Mustafa xan Dəvəlini ġirvan üzərinə göndərdi. Şəki xanı da onlara qoşuldu. Şirvan xanı Mustafa xan Ağsu Ģəhərinin əhalisinin əsasən Xançoban nəslindən olanlarını özü ilə Fit dağına apardı. Ağsu şəhərinin qalan əhalisi Quba və başqa əyalətlərə qaçdı,şəhər dağıldı, qarət olundu. Sərdar Mustafa xan Dəvəli şəhərdən qaça bilməyənləri məhv etdi. Beləliklə, Nadir şahın əsasını qoyduğu Ağsu şəhəri Ağa Məhəmməd şah Qacar tərəfindən demək olar ki, süquta uğradıldı. 1798-ci ildə ġirvanı yenidən güclü taun xəstəliyi bürüdü və ən çox ziyan Ağsu əhalisinə dəydi. 1806-cı ildə Şahzadə Abbas Mirzə şirvana gəldi. Mustafa xanın Kür sahilindəki dəstəsini məğlub edib şariyan, Muradxanlı tayfalarını (6000 ailə) Muğana köçürdü. O, Ağsuya gəldikdə Mustafa xan şəhər əhalisi ilə Fit dağına çəkildi və müdafiəyə başladı.Artıq 1805-ci ilin dekabrın 25-də Mustafa xan Rusiya təbəəliyini qəbul etmişdi. Arxiv sənədlərində Ağsu Rusiya hərbi anbarlarının yerləşdiyi məntəqələrdən biri kimi göstərilir. Göründüyü kimi, Ağsu şəhəri XVIII əsrdə dəfələrlə feodal basqınlarının qurbanı olmuşdur. Tez-tez köçürmələr, dağıntılar əhalinin bir şəhərdə yaşamaq ümidlərinə zərbə vururdu. şəhər sakinləri bu səbəbdən yaraşıqlı binalar, türbələr, məscidlər, hamamlar, ictimai və rəsmi binalar tikməyə üstünlük vermirdilər. M.BiberĢteyn ġirvanı nəzərdə tutaraq yazır ki, bu ölkədə xalqın ehtiyac içində olmasını onların yaşadıqları evlərindən müəyyən etmək olar. Burada həm ictimai, həm də xüsusi binalar çox pis vəziyyətdədir. şəhər əhalisi demək olar ki, hər gün bu və ya digər feodalın basqınını gözləyir. Təbiidir ki, belə olduqda heç kəs çoxlu pul sərf edib özünə əsaslı bina tikməzdi. XIX əsrin əvvəllərinə aid mənbələrdə adı çox hallanan Ağsu şəhəri əsrin sonlarında az xatırlanır. Ağsu 1967-ci ilə kimi şəhər tipli qəsəbə olmuş, həmin ildə şəhər statusu almışdır

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN