“Olmuş əhvalatlar, lətifələr və rəvayətlər” kitabı

Tarix: 20-5-2015 // saat: 12:18
İsmayıllı Rayon Mədəniyyət Mərkəzində yazıçı-publisist Məmmədmirzə Rzayevin yeni nəşr olunan “Olmuş əhvalatlar, lətifələr və rəvayətlər” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirin aparıcısı, şair Maarif Soltan giriş sözü ilə müəllif və kitab haqqında məlumat verib. Qeyd olunub ki, bu kitab tarixi-etnoqrafik bir toplu olmaqla, özündə olmuş əhvalatları, lətifələri, rəvayətləri əks etdirən folklor nümunəsidir.
Tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov, şair Musa Yaqub, jurnalist Lətifə Əliyeva, Bəybala Babayev, “Dağ çiçəkləri” ədəbi məclisinin fəal üzvləri Hacıməmməd Məmmədov, Xalıq Yusifoğlu çıxış edərək ürək sözlərini ifadə etdilər, müəllifə gələcək yaradıcılığında uğur arzulayıblar.
Sonda kitabın müəllifi Məmmədmirzə Rzayev RİH-nin başçısına, tədbirin təşkilatçılarına öz dərin minətdarlığını bildirib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN