Ağsuda ən çox bostan-tərəvəz bitkilərinin əkini aparılıb

Tarix: 19-5-2015 // saat: 23:20
 Ağsu rayonunda 1590 hektarda yazlıq bitkilər əkilib. Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, ən çox ənənəvi təsərrüfat sahəsi olan bostan-tərəvəz bitkilərinin əkini aparılıb. Belə ki, 548 hektarda tərəvəz, 510 hektarda isə bostan bitkiləri əkilib. Rayonda torpaq mülkiyyətçilərinin getdikcə daha çox maraq göstərdikləri kartofçuluğa da diqqət artıb. İndiyədək 131 hektarda kartof əkilib ki, bu da əvvəlki ildəkindən çoxdur. Sahələrə, habelə 264 hektar yonca, 70 hektar qarğıdalı, günəbaxan və dənli-paxlalılar səpilib. Rayonda yazlıq əkinlər davam edir.
http://azertag.az/xeber/Agsuda_en_chox_bostan_terevez_bitkilerinin_ekini_aparilib-856275

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN