Kürdəmirdə erkən nikah və məişət zorakılığına qarşı mübarizə mövzusunda növbəti tədbir

Tarix: 16-5-2015 // saat: 22:41
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Qadına qarşı zorakılığa haqq qazandırmaq üçün adət-ənənə və mentalitetdən istifadə etmək əxlaq qaydalarına ziddir" sözləri belə düşüncəyə malik olan insanlara birmənalı cavabdır: “Bu ciddi problemin qarşısının alınması və profilaktikası dövlət başçımızın və hökumətin diqqət mərkəzindədir. Bununla əlaqədar, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin “İyirmi birinci əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə layihəsi bu məsələnin həllinə yönəlib. Bu çox mühüm məsələnin qanunvericilikdə tənzimlənməsi üçün Mehriban Əliyevanın millət vəkili kimi təşəbbüsü ilə Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqında”  qanun qəbul edilib və bu qanun ölkə prezidenti tərəfindən imzalanıb. Dövlətin erkən nikah və məişət zorakılığı ilə mübarizə tədbirlərinin ilk müsbət nəticələri artıq özünü göstərir. Tədbirdə   Qadın  Problemlərinin  Tədqiqatları  Mərkəzi  İctimai  Birliyinin sədri  Sevil  Allahverdiyeva  çıxış  edərək  təşkilatın  fəaliyyətində  gender  bərabərliyi,  qadınların  ictimai proseslərdə  iştirakı,  məhbus  qadınların  hüquqlarının müdafiəsi   istiqamətində  maarifləndirmə  işlərinin  aparılmasının   vacibliyini  vurğulayıb.Ekspert  Rafiq Təhməzov  Qadınlara  qarşı   zorakılığın  qarşısının  alınması  və  qadınların  kişilərlə  bərabər  hüquqlarla  təmin  olunması  kimi  aktual  məsələlərdən söz açıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN