Azərbaycanda ilk dəfə 1987-ci ildən aşkarlanan QİCS yoluxanlardan indiyənə kimi 667 nəfər həyatını itirib. Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunan 4859 nəfər rəsmi qeydiyyata götürülüb. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanın sözlərinə görə, yoluxanların 4 694 nəfəri (96.7%) Azərbaycan vətandaşı, qalanları isə əcnəbidir. Yoluxanlar arasında kişilər 3572 nəfər təşkil edir. Bakı şəhəri və Abşeron rayonu üzrə 1198 nəfər, qalanları isə 55 inzibati rayonda qeydə alınmışdır. 2014-cü ildə 561 yeni İİV- ə yoluxma faktı aşkar olunub. Bunlardan 545-i Azərbaycan vətəndaşıdır. 336 nəfəri kişi, 209 nəfəri isə qadınlardı. Qeyd edək ki, bu gün SPİD- lə mübarizə günüdür.