Şamaxı rayonunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Tarix: 13-5-2015 // saat: 20:38
 Şamaxı rayonu Şirvan kənd sakini, 61 yaşlı  Səfərov Əlibəy Müzəffər oğlu , “VAZ 2106” markalı minik maşınında idarəetməni itirərək dərəyə aşıb. Hadisə zamanı 16 yaşlı Rəşidov Orxan Arif oğlu aldığı bədən xəsarətindən vəfat edib. 1995-ci il təvəllüdlü Sadıqova Xonça Rasim qızı, 1994-cü il təvəllüdlü Rəşidova Balaqız Əsəd qız və sürücü Əlibəy Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ölən sərnişin sürücünün nəvəsidir. Hadisə Bakı-Şamaxı yolunun 131-ci kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN