Şamaxıda qanvermə aksiyası

Tarix: 11-5-2015 // saat: 13:41
 Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində rayon Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilib. Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə rayonda keçirilən növbəti qanvermə aksiyasında rayonun icra strukturlarının nümayəndələri, idarə və təşkilatların kollektivləri, YAP Şamaxı Rayon Təşkilatının üzvləri və rayonda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələrinin işçiləri yüksək fəallıq nümayiş etdirib. 100 nəfərdən qan götürülüb. Humanitar aksiyada iştirak edənlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin səhiyyəmizin inkişafı üçün göstərdiyi diqqət və qayğısından danışıb, ömrünü xalqına, onun azadlığı və firavanlığına bəxş etmiş dahi rəhbərin parlaq xatirəsinin əbədi olaraq xalqımızın qəlbində yaşayacağı  vurğulanıb.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN