İsmayıllıda Gül bayramı

Tarix: 11-5-2015 // saat: 13:40
  May ayının 10-da İsmayıllı şəhər mərkəzi meydanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı təşkil olunub. Bayramda RİH-nin başçısı Midaməd Sadıqov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Gül bayramında çiçəklərdən, yarpaqlardan və bitkilərdən hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilib, hər kəsdə xoş ovqat yaradıb. Gənc idmançıların, folklor qrupları,müğənnilər mərasimdə çıxış edib.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN