Şamaxıda - Qələbənin 70 illiyi

Tarix: 10-5-2015 // saat: 16:24
 Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində tədbir davam edib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev veteranları salamlayaraq onları böyük qələbənin 70 illiyi münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıb. İcra başçısı bu rəşadətli insanların sayəsində faşizm üzərində möhtəşəm qələbənin əldə edildiyini vurğulayaraq, onların müharibədən sonra ölkəmizin quruculuq işlərində fəal iştirak etdiklərini və hazırda gənclərimizin hərbi-vətənpərvərlik ruhunda  böyümələrinə böyük töhfə verdiklərini bildirib. Xatırlatdıb ki, bu müharibədə iştirak etmiş 640 mindən çox həmyerlimizdən 300 minə yaxını döyüşlərdə həlak olmuş, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər “Şərəf” ordeni, 170 mindən çox soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. Natiq çıxışı zamanı bugünkü firavan həyatımıza görə bu qəhrəman insanlara borclu olduğumuzu bir daha vurğulayıb. Asif Ağayev həmçinin diqqətə çatdırmışdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə yüksəlişə doğru dönüşün əsası qoyulduğu kimi, müharibə veteranlarına bəslənən ögəy münasibət də birdəfəlik aradan qaldırılmış, veteranlar yenə də hörmət və ehtiram, qayğı ilə əhatə olunmuşlar. Natiq ölkə Prezidenti cənab İlham Əliyevin bu qrupdan olan insanlara davamlı qayğısından da ətraflı danışıb. Sonra təntənəli alqışların müşayiəti ilə icra başçısı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunan rayon veteranlarına “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medallarını təqdim edibGörüşdə çıxış edən rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Ağarza Bayramov və Böyük Vətən müharibəsinin iştirakçıları dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduqlarından böyk razılıqla danışıb, bu diqqət və qayğıya görə Ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına təşəkkürlərini  ifadə ediblər. Rəsmi hissəsindən sonra tədbir veteranlar üçün təşkil olunan bayram süfrəsi arxasında davam edib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN