Ümummilli liderin anadan olmasının 92 illiyinə həsr olunan rayon spartakiadası yekunlaşıb

Tarix: 9-5-2015 // saat: 14:51
İsmayıllı rayon Gənclər və İdman idarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan  Yeniyetmələrin VII Ümumrayon Spartakiadasında mini futbol, həndbol, atletika, şahmat, dama, stolüstü tennis  idman növləri üzrə məktəblilər yarışlarda iştirak edib. Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan  bütün idman növlərində iştirak edərək ən çox xal topayan şəhər 5 saylı tam orta məktəbi Spartakiadanın qalibi olub. II yerə Təzəkənd kənd tam orta məktəbin komandası, III yerə isə Talıstan kənd tam orta məktəbin komandası layiq görülüb.Komanda və şəxsi birinciliklərdə hər bir növ üzrə yer tutan şagirdlər və komandalar İsmayıllı rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif edilib. Mərasimdə ayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov  Ulu Öndər Heydər Əliyevin yürütdüyü uğurlu siyasətdən bəhs edərək gənclərə və idmançılara göstərdiyi diqqət və qayğıdan, onlara, verdiyi dəyərdən danışıb. Bu siyasətin indi də, Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Qalib  şagirdləri  təbrik edb.
Sonra rayon İcra hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov qalibləri təbrik edərək  uğurlar arzulayıb.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN