Kürdəmirdə Gül bayramı

Tarix: 9-5-2015 // saat: 10:38
Rayonun Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan  Gül bayramı keçirilib. Tədbirdə Kürdəmir  Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə ,müəssisə və təşkilatların  rəhbərləri , pedaqoji kollektivlər, mədəniyyət və səhiyyə işçiləri, ümumtəhsil məktəblərinin şagirdləri , rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bayram iştirakçılarını salamlayaraq,onları bu əlamətdar gün münasibətilə təbrik edib.Ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi yolunda onlara uğurlar arzulayıb. Bu ilki Gül bayramı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Kürdəmirdə aparılan quruculuq və abadlıq işlərinin fonunda daha əzəmətli, daha cazibədar olubBayram iştirakçıları sərgilərə və fotostendlərə böyük maraqla tamaşa ediblər. Məktəblilərin yaratdıqları  kompozisiyalar və eksponatlar, dahi rəhbərin həyat və fəaliyyətinə, dövlətçiliyimizin inkişafına və möhkəmləndirilməsinə, sülh və əmin-amanlıq arzularının həyata keçirilməsinə həsr olunan uşaq rəsmləri xüsusilə diqqəti cəlb edibUlu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, eləcə də, Azərbaycan Respublikası xəritəsinin, dövlət bayrağımızın, digər dövlətçilik rəmzlərinin, ölkəmizdə mövcud olan gözəl mənzərələrin əlvan gül-çiçəklə bəzədilmiş görüntüləri böyük maraqla qarşılanıbMilli geyimdə olan oğlanların və qızların mahnı oxuyub rəqs etmələri ,xalqımızın qədimliyini, gözəl adət-ənənələrini, maddi və mənəvi dəyərlərini əks etdirən qədim əşyaların və əl işlərinin təqdimatı da, bayram iştirakçılarında xoş əhval-ruhiyyə yaradıbGül bayramında bağça uşaqları və məktəblilər Ulu Öndərə və Prezident İlham Əliyevə həsr olunmuş şeirləri və mahnıları səsləndirməklə onlara öz hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər. Bayram gəzintiləri  musiqi sədaları, vətənpərvərlik mahnıları ilə müşayiət olunub.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN