Göyçay rayonunda yanğın baş verən evdən 3 nəfərin yanmış meyidi tapılıb

Tarix: 8-5-2015 // saat: 14:25
AGSUNEWS.AZ -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Göyçay rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1970-ci il təvəllüdlü Babayev Azad Misir oğlunun, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlunun və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızının yanan meyidləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN