Kürdəmirdə kitab bayramı keçirilib

Tarix: 7-5-2015 // saat: 10:46
Rayonun Gənc Heydərçilər parkında Ümummilli Liderimiz Heydər Əliyevin 92 illik yubileyinə həsr edilən “Əbədilik zirvəsi ” adlı VII Ümumrespublika Kitab Bayramı keçirilib.
Kitab bayramında YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev , rayon ziyalıları , təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, gənclər iştirak ediblər.
Parkda Ulu Öndər Heydər Əliyevin kitabla bağlı fikirlərini əks etdirən şüarlar və plakatlar asılıb, kitabsevərlərə xatirə döş nişanları və kitabxananın bukleti paylanılıb.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev kitabsevərləri salamlayaraq bildirib ki, kitab mədəniyyətin silahı, biliyin mənbəyi, təhsil, tərbiyə və informasiyanın əsas aparıcı vasitəsidir və kitab insanların biliyə, zəkaya, müdrikliyə, kamala doğru gedən yolunu işıqlandırdır və O, çıxışının sonunda tədbir iştirakçılarını kitabla dost olmağa çağırıb.
Sonra YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək öz adından və rayon İcra Hakimiyyətinin Başçısı adından Kitab bayramı və Ulu Öndər Heydər Əliyevin 92 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib və kitabın elm, bilik, zəka mənbəyi olmasından söhbət açaraq iştirakçılara daim kitab oxumağı tövsiyə edib. Bayramda iştirakçılara rayon üzrə ilin ən fəal oxucuları təqdim edildi. Babayev Arif Elşən oğlu və Mustafazadə Nəcibə Nəsimi qızı Kürdəmir rayon MKS – in fəxri fərmanı ilə təltif olunaraq hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirdə rayon üzrə “Ən fəal kitabxana” nominasiyası üzrə qalib Yenikənd kənd kitabxanasının müdiri A.Abduləzizova da, MKS – in fəxri fərmanı ilə təltif olunub. Kitab bayramında Kürdəmir rayon uşaq incəsənət məktəbinin şagirdləri və rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin iştirakı ilə təqdim edilən musiqi nömrələri və rəqslər, Ulu öndər Heydər Əliyevə həsr edilmiş ədəbi kompozisiya və intellektual oyunlar və viktorinalar tədbiri daha da, rəngarəng edib. Kitab bayramında “Heydər Əliyev - 92”, “Heydər Əliyev və dövlət quruculuğu”, “Müstəqilliyimiz əbədidir”, “Müqəddəs qayıdış”, “Dünya şöhrətli siyasətçi”, “Nəsillərə örnək şəxsiyyət”, “Heydər Əliyev yolu ilə”, “Müqəddəs ailə”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və milli mənəvi dəyərlər”, “Diyarşünaslıq” , “Rayonumuzun yazarları”, “Qarabağım qan yaddaşım”, “Azərbaycan tarixi” və sair başlıqlar altında 2000 – dən çox çox kitab nümayiş etdirilib.
Sərgidə iştirakçılar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu il yubileyləri keçiriləcək görkəmli şəxsiyyətlərin əsərlərindən ibarət müxtəlif başlıqlar altında sərgilənən ədəbiyyatlarla da, tanış olublar.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN