İsmayıllıda sil-silə tədbirlər

Tarix: 6-5-2015 // saat: 12:14
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə İsmayıllı rayon Gənclər və İdman idarəsi İsmayıllı Olimpiya İdman Kompleksi ilə birgə velosiped və motosiklet yürüşü təşkil edib.Yürüşdə 8 motesikletçi və 25 velosipedçi iştirak edib. Yürüş Olimpiya İdman Komleksindən start götürüb və şəhərin mərkəzində Heydər Əliyevin abidəsi önündə yekunlaşıb.
İsmayıllı rayon Gənclər və İdman idarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan məktəblilər arasında Şahmat üzrə rayon birinciliyi keçirib.
Tərkibi iki oğlan və iki qız olmaqla 7 komandanın qatıldığı yarışda l-ci yerə şəhər 5 saylı tam orta məktəb, 2-ci yerə şəhər 1 saylı tam orta məktəb, 3-cu yerə isə, Təzəkənd kənd tam orta qazanıb.
İsmayıllı rayon Gənclər və İdman idarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan məktəblilər arasında Atletika üzrə rayon birinciliyi keçirib. Hər komandanın tərkibində iki oğlan, ikisi qız olmaqla 4 nəfər iştirak edib. 8 komandanın qatıldığı yarışda qızlar 100 m, 200 m və 500 m məsafəyə, oğlanlar isə 100 m, 200 m və 800 m məsafəyə qaçış üzrə mübarizə aparıblar. Qaliblər Spartakiadanın sonunda mükafatlandırılıb
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN