İsmayıllıda 100 yaşlı veterana avtomobil verilib

Tarix: 5-5-2015 // saat: 13:10
Alman faşizmi üzərində qələbənin 70 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq İsmayıllıda da, silsilə tədbirlər həyata keçirilir.
Qələbənin yetmiş illiyi, həm də Qalınçaq kənd sakini, İkinci Dünya müharibəsi veteranı Bilal Əliyevin 100 illik yubileyi geniş tərkibdə qeyd edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov veteranlara, vətən uğrunda mərdliklə döyüşənlərə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan danışaraq, Bilal Əliyevi 100 yaşı olması münasibətilə səmimiyyətlə təbrik edib, ölkə rəhbərinin hədiyyəsi olaraq minik avtomaşının açarlarını yubilyara təqdim edib.
Bilal Əliyev Prezidentə çoxsaylı övladları, nəvələri, nəticələri və kötüycələri ilə birgə bugünkü xoşbəxt həyatına, gördüyü hörmət, qayğı və ehtirama görə Prezidentə minnətdarlıq edib. “Prezidentimizin sərəncamı ilə kəndimizə asfalt yol çəkilib, 380 yerlik məktəb tikilib, hər evə içməli su verilib. Kəndimizdə, rayonumuzda hər iş yaxşılığa doğru gedir. 800 manatı rəhbərimizin canına dua edərək almışam. Bu gün də, mənə maşın verilir. Belə böyük insana tayı-bərabəri olmayan sevimli rəhbərimizə deyirəm- Allah Sizi sevindirsin! Sizin varlığınız bizim sevincimizdir”.
Millət Vəkili, rayonda keçirilən bütün tədbirlərdə rəhbərliklə birgə olan Novruz Aslanov ömrün yüz illik zirvəsinə çatan Bilal Əliyevi təbrik edib, Ali Baş Komandan İlham Əliyevin Qarabağ müharibəsində qazanacağı Qələbəni görməyi ona arzulayıb.
Rayon Veteranlar Şurasının sədri Abduləli Əliyev, Bilal Əliyevin nəvəsi, Avropa və Dünya çempionu Tuncay Əliyevin, böyük oğlu Sahib Əliyevin çıxışlarında Dövlət başçısının ünvanına minnətdarlıq ifadə olunub. Dövlət qulluğu veteranı Valeh Salehov 100 yaşlı yubilyarı təbrik etməklə yanaşı bildirıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrini məsuliyyətlə icra edən rayon rəhbərliyi mənəvi quruculuq sahəsində də, uğurlar qazanır.
Rayon Mədəniyyət və Turizm şöbəsinin ansambılı, şəhər 6 saylı tam orta məktəbin hərbi geyimli şagirdləri bayram tədbirinə musiqi, mahnı, marş ovqatı qatılıblar.
Aşıq Yanvarın oxuduğu mahnılar alqışlarla qarşılanıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN