“Ağsu”addım-addım Premyer-Liqaya doğru…

Futbol üzrə Azərbaycan birinci divizionunda XII tura yekun vurulub.

Tarix: 25-11-2014 // saat: 16:04
Futbol üzrə Azərbaycan birinci divizionunda XII tura yekun vurulub.Tur çərçivəsində rayonumuzu təmsil edən “Ağsu”klubu öz meydanında “Şuşa”-nı qəbul edib.Oyun ərzində rəqibindən üstün oyun sərgiləyən “Ağsu” 1:0 hesabı ilə qalib gəlib.”Şuşa”-nın qapısından yeganə qolu matçın 42-ci dəqiqəsində Fərmayıl Əliyev keçirib.Bu qələbəylə xalını 28-ə çatdıran Rüfət Quliyevin yetirmələri turnir cədvəlində 2-ci pilləyə yüksəlib.Klubumuzu lider “Neftçala”-dan cəmi 1 xal ayırır.
Xatırladaq ki,klubumuz növbəti qarşılaşmasını noyabrın 28-də səfərdə “Zirə”ilə keçirəcək.
Uğurlar “Ağsu”!!!
 
Cabir Turan Ceferbeyli
 
 



Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN