Şamaxıda Nüydi və Sağyan kəndlərinə təbii qaz verilib

Tarix: 2-5-2015 // saat: 19:14
Mayın 2-də Şamaxı rayonunun Nüydi və Sağyan kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 117 abonenti olan Nüydi kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10 min 733 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 117 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 150 abonenti olan Sağyan kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 12 min 100 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 150 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Mərasimdə çıxış edən SOCAR-ın prezidenti R.Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edilib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur. R.Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. İctimaiyyət nümayəndələri və ağsaqqallar Nüydi və Sağyan kəndlərinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
http://azertag.az/xeber/Samaxi_rayonunun_Nuyudu_ve_Sagyan_kendlerine_ilk_defe_tebii_qaz_verilib-851765

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN