Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konsert

Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbrilər çərçivəsində Şamaxı İncəsənət Təhsili Mərkəzində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin birgə konserti keçirilib. 

Tarix: 30-4-2015 // saat: 11:06

Əvvəlcə tədbirin iştirakçıları və qonaqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzərək Ulu öndərə məhəbbət və ehtiramlarını ifadə ediblər.
Konsertdə xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilk olaraq dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzularına “fantaziyanı” ifa edib. Daha sonra Orkestrin ifasında Fikrət Əmirovun “Şənlik rəqsi”, Qara Qarayevin “2 rəqs” və Motsartın “Alleqro” əsərləri, respublika və beynəlxalq müsabiqələrin laureatları və diplomantlarının ifasında Bethoven, Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Tofiq Quliyev, Adil Bəbirov, Qara Qarayev, Vasif Adıgözəlovun əsərləri və Azərbaycan xalq mahnısı “Uzundərə” səsləndirilib.
Konsertdə çıxış edən şagirdlərin ifaları tamaşıçılarda xoş ovqat yaradıb.
 
Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN