Şamaxıda maşın piyadanı vurub

Tarix: 29-4-2015 // saat: 11:36
Şamaxıda “Toyota Prado” markalı minik maşını yolu keçən piyada- Mingəçevir sakini 24 yaşlı Hacıyev Əfqan Namiq oğlunu vurub. Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən Əfqan sonradan müalicə məqsədilə Bakıya aparılıb. Vəziyyəti orta-ağır olduğu bildirilir.
Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN