İsmayıllı rayon Gənclər və İdman idarəsi - 20

Tarix: 29-4-2015 // saat: 11:34
28 aprel 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin yaradılmasının 20-ci ildönümünə həsr edilən dəyirmi-masa keçirilib.
Tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açaraq Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı Fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı Qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və 1995-ci il 28 aprel tarixində isə rayonlarda gənclər və idman idarələrin yaradılma tarixindən bəhs edərək gənclərimizə və idmançılarımıza ölkə Prezidenti tərəfindən verilən yüksək dəyərdən və bu qayğının uğurlu nəticələrindən danışıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova idarənin əməkdaşlarını yubiley münasibətilə təbrik edərək işlərində uğurlar diləyib. Eyni zamanda rayon rəhbərliyinin gənclərə və idmançılara göstərdiyi qayğıdan söz açaraq Dünya və Avropa çempionu Əliyev Tuncay Mübariz oğlunun müsabiqədən kənar Polis sisteminə işə qəbul edildiyini bildirib.
Müxtəlif vaxtlarda idarə rəisi vəzifəsində işləmiş Rüstəm Səmədov və Vüqar Muradəliyev gənclərə,idmançılara gözəl şəraitin yaradıldığını vurğulayıblar. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımova, daim Gİİ ilə sıx əməkdaşllıq şəraitində işləyən Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, İdarəsi ilə birgə fəaliyyət göstərən Uşaq Gənclər Şahmat Məktəbinin direktoru Nadir Hacıyev, İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov, Uşaq Gənclər İdman məktəbinin direktoru Nəriman Alıyev, məşqçi-müəllimlərimiz Anar Həsənov və Tuncay Əliyev də öz növbələrində Gənclər və İdman İdarəsinin kollektivini təbrik edərək uğurlar arzulayıblar.
İdarə yaradılandan bu günədək işləyən məsləhətçi-mühasib Kamilə Bağırova Həmkarlar təşkilatının tərifnaməsi və xalça hədiyyəsi ilə təltif edilib.
Tədbir boyu idarənin fəaliyyətinin ən uğurlu səhifələrini özündə əks etdirən slayd nümayiş etdirilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN