www.gotoismailli.az portalının təqdimatı

Tarix: 27-4-2015 // saat: 11:07
RİHB-nin müavini Sevil Əhmədova qonaqları salamladı və layihə icraçılarına uğurlar arzulayıb.
Portalın təqdimatını layihənin rəhbəri Emin Sadıqov təqdim edərək elektron portalda rayonun turizm potensialı tam əks etdirildiyini, rayonda olan turizm üçün əlverişli ərazilərin, turizm obyektlərinin, tarixi və mədəniyyət abidələrinin, sənətkarlıq nümunələri və rayonda istehsal olunan məhsullar haqqında ətraflı məlumat olduğu barədə tədbir iştirakçılarına məlumat verib.
Təqdimatdan sonra RİH başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 sentyabr 2014-cü il tarixdə İsmayıllıya səfəri zamanı İsmayıllıda turizmin inkişafı ilə bağlı verdiyi tövsiyələr əsasında həyata keçirilən layihənin əhəmiyyətindən danışaraq respublika rayonları içərisində elektron turizm portalının ilk dəfə İsmayıllı rayonunda yaradılmasını vurğulayıb. Uşaq Kitabxanasında keçirilən İsmayıllı Turizm Portalının təqdimat mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH-nin məsul işçiləri, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnalogiyalar Nazirliklərinin əməkdaşları, aid idarə-müəssisə rəhbərləri, rayonda fəaliyyət göstərən QHT-lərin, ictimai birliklərin və turizm mərkəzlərinin nümayəndələri iştirak edib. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN