Nazir Ramil Usubovun Göyçayda qəbulu

Tarix: 26-4-2015 // saat: 12:15
Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov aprelin 25-də Göyçay Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı, Ucardan olan sakinlərin, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib.
Nazir vətəndaşları şəxsən dinləyib, onları narahat edən problemlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.
Eyni zamanda, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 770 nəfər də qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 114 gənc seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN