Ağsuda avtomobil qəzası baş verib

Tarix: 25-4-2015 // saat: 10:39
Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 158-ci kilometrliyində, Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağsu sakini, 41 yaşlı Musayev Elşad Əmircan oğlunun idarə etdiyi 90-XX-279 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 1979-cu il təvəllüdlü Qurbanov Əfrail Məhəbbət oğlunun idarə etdiyi H024546 nömrə nişanlı “Volkswagen Polo” markalı minik maşını ilə toqquşub.Nəticədə sərnişin, 1996-cı il təvəllüdlü Valehli Sərfinaz Teymur qızı aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər, 1999-cu il təvəllüdlü Valehli Valeh Teymur oğlu, 1973-cü il təvəllüdlü Məmmədova Sevda Zülfü qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN