Şamaxı İncəsənət Təhsili Mərkəzində konsert

Tarix: 24-4-2015 // saat: 11:26
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən konsertdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova çıxış edərək, Ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi qayğıdan danışıb, nəsillərə örnək olan zəngin dövlətçilik irsindən söhbət açıb.
Bakı şəhər Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin direktoru Gülnarə Səfərova Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, idmana və eləcə də gələcəyimiz olan yaradıcı uşaqlara diqqət və qayğısından danışıb.
Daha sonra Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramı ilə çıxış edib.
Proqrama xalq mahnıları, muğamlar, milli rəqslər, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Əziz Əzizovun, Süleyman Ələsgərovun, Azər Dadaşovun əsərləri ilə yanaşı bir sıra Avropa və rus bəstəkarlarının da, əsərləri daxil edilib.
Mərkəzin şagirdləri fortepiano, tar, qarmon alətlərində ifa edib. Konsertdə Respublika müsabiqələri laureatları və mərkəzin “Nağaraçalanlar ansamblı” iştirak edib.
Sonda Şamaxı İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə bütün iştirakçılara uğurlar arzulayıb. Konsertdə iştirak edən şagirdlərin və onların yetişməsində rolu olan müəllimlərin əməyi xüsusilə vurğulanıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN