İsmayıllıda Gənc təsərrüfatçılar məktəbi

Tarix: 24-4-2015 // saat: 11:16
İsmayıllı rayonununda çoxistiqamətli fermer evinin tikintisi 2015-ci ildə başa çatdıqdan sonra təsərrüfatlara müntəzəm mütəxəssis yardımı da göstəriləcək, aqrar elminin yerlərdə tətbiqinə imkan yaranacaq. Rayonda kənd təsərrüfatının daha da, inkişaf etdirilməsi və gənclərin məşğulluğunun artırılması, əhalinin ərzaq təminatının yaxşılaşdırılması, istehsalçılara dəstək verilməsi baxımından aprelin 23-də keçirilən tədbir “Gənc təsərrüfatçılar məktəbi”nin yaradılması çox böyük əhəmiyyət kəsb edəcək.
Rayon İcra Hakimiyyəti başçısı, iqtisad elmlər doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqovun ideya müəllifi olduğu bu layihənin hazırlanması və həyata keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Komitənin iclasına gənc fermerlər və gənc iqtisadçılar, praktik kənd təsərrüfat işçiləri, kənd təsərrüfatı idarəetmə səriştəsi olan mütəxəssislər dəvət olunub.
Mirdaməd Sadıqov ilk növbədə “Gənclər paytaxtı”nın gənclərini fəallığa, təşəbbüskarlığa, müasir elmi nailiyyətlərə, milli-mənəvi dəyərlərə mükəmməl yiyələnməyə çağırıb. Ondan sonra “Gənc təsərrüfatçılar məktəbi”nin mahiyyətini, fəaliyyətinin hüquqi və elmi əsaslarını şərh edib.
İsmayıllı Humanitar və Texnologiya Kollecinin direktor əvəzi, elmlər namizədi Sevda Qasımova təşkilat komitəsinin sədri- gələcək məktəbin icraçı direktoru seçilib.
Təşkilat komitəsi bir ay müddətində “Gənc təsərrüfatçılar məktəbi”nin nizamnaməsini, fəaliyyət və tədris proqramını, digər hüquqi sənədlərini hazırlayacaq və sonda təsis konfransında hüquqi status alacaqdır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN