Kürdəmirdə Şahin oyunları üzrə zona yarışı keçirlib

Tarix: 23-4-2015 // saat: 09:17
Aprelin 22-də Mərkəzi Rayon Stadionunda keçirilən “Şahin” hərbi-idman oyunlarının zona birinciliyində Kürdəmirlə yanaşı Ağsu, Ağdaş, Şamaxı, Qobustan, Göyçay, Fizuli, Zərdab, Goranboy, İsmayıllı və Ucar rayonlarının orta məktəb komandaları iştirak edib.
Məktəblilər sıra hazırlığı, avtomat sandığın patronla doldurulub və boşaldılması, bu silahın sökülüb yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, sanitarların yarışı, mülki müdafiə hazırlığı üzrə bacarıqlarını nümayiş etdiriblər.
Ağdaş komandası birinci, İsmayıllı məktəbliləri ikinci yeri tutaraq Bakı şəhərində keçiriləcək “Şahin” hərbi idman oyunlarının final mərhələsində iştirak etmək hüququ qazanıblar.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN