Ismayıllıda təlim keçirilib

Tarix: 22-4-2015 // saat: 15:20
“Region Gənclərinin İnkişafına Töhvə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən tədbirdə RİH-nin əməkdaşı Nəsimi Teymurov, Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, İctimai Birliyin icraçı direktoru Nicat Rəhimov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, rayonun ictimai həyatında fəal olan gənclər, məktəblərin yuxarı sinif şagirdləri iştirak edib.
N.Teymurov İsmayıllı rayonunda gənclərin maarifləndirilməsi sahəsində aparılan işlərdən, birinci Avropa oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, qazanılan uğurlardan danışıb. İctimai Birliyin icraçı direktoru N.Rəhimov layihənin gənclər üçün önəmindən danışaraq, olimpia oyunları zamanı ölkəmizə gələcək xarici qonaqlarla ictimai davranış qaydalarından, Azərbaycanın olimpia tarixndən, ölkə idmanının keçdiyi uğurlu yollardan söz açıb. Rayon Gənclər və İdman idarəsinin rəisi T.Salehov İsmayıllı gənclərinin fəallığından, idman sahəsində qazandıqları Respublika və beynəlxalq miqyaslı qələbələrdən, “Gənclər paytaxtı” olaraq rayonda keçirilən tədbirlərdən söz açıb.
Sonda təlimdə iştirak edən gənclərə buklet, köynək və papaqlar paylanılıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN