Bu gün 22 aprel Yer günüdür

Tarix: 22-4-2015 // saat: 15:18
Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer gününün bayram edilməsi XIX-cu əsrin 40-cı illərindən başlayır. 1872-ci ildə C. Morton Nebraska ştatının il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq “Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur. 1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliğatı, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri əhatə etməsi ilə əlaqədar olaraq bayram “Yer günü” adlandırılmışdır. Artıq 30 ildir ki, dünyanın bir çox ölkəsində Yer günü qeyd olunur. Əgər 1970-ci ildə birinci Yer gününün qeyd olunmasında 20 milyon insan iştirak etmişsə, indi bu rəqəm on dəfə çoxdur. Bu gün yalnız maarifləndirmə tədbirləri (sərgilər, mühazirələr, söhbətlər) təşkil olunmur, həmçinin mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər yığılır.  

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN