İsmayıllı elektrik şəbəkəsi

Tarix: 18-4-2015 // saat: 11:58
1-ci rüb ərzində Elektrik Şəbəkəsi tərəfindən enerji təsərrüfatında cari təmir işləri aparılib. Belə ki, şəhər ərazisində 10 kilo/voltluq hava xətlərində 62 ədəd, 0,4 kilo/voltluq hava xətlərində 264 ədəd yeni dəmir-beton dayaq quraşdırılmış, 8,5 km. SİP kabel xətti çəkilmiş, abonentlər üçün 452 ədəd smart-kart və 116 ədəd elektron tipli sayğac quraşdırılıb. Kəndlərdə 10 kilo/voltluq və 0,4 kilo/voltluq hava xətlərində 37 ədəd dayaq dəyişdirilib. 14 ədəd transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılıb, 3 ədəd transformator yarınstansiyası quraşdırılıb. Rüb ərzində istehlakçılara 14 milyon 379 min kilovat/saat enerji verilmiş, 703,8 min manat vəsait yığılmışdır ki, bu da, satılan enerjinin dəyərinin  82,5 faizini təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yığım 13 faiz azdır. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN