Kürdəmirdə namizədlərin qeydə alınması yekunlaşıb

23 dekabr 2014-cü il tarixində keçiriləcək bələdiyyə seçkilərinin birinci mərhələsi, namizədlərin qeydə alınması yekunlaşıb.

Tarix: 26-11-2014 // saat: 09:20
23 dekabr 2014-cü il tarixində keçiriləcək bələdiyyə seçkilərinin birinci mərhələsi, namizədlərin qeydə alınması yekunlaşıb. 57 saylı Kürdəmir seçki dairəsi üzrə 18 bələdiyyədə 172 bələdiyyə üzvü seçilməlidir. Müraciət edən 438 nəfərin hamısının namizədliyi qeydə alınıb. Bunlardan 355 nəfəri (81%) kişi, 83 nəfəri (19%) qadındır.
Təhsillərinə görə isə fərq belədir:
Ali – 274 nəfər (63%)
Orta ix. – 32 nəfər (7%)
Orta – 132 nəfər (30%)
Yaşına gorə isə:
25 yaşdan yuxarı – 51 nəfər (12%)
25-35 yaş – 101 nəfər (23%)
35 yaşdan yuxarı isə - 286 nəfər (65%) təşkil edir.
Namizədlərdən ən gənci 21 yaşlı Mirzəyeva Könül Hüseyn qızı - Şıxımlı bələdiyyəsi.
Ən yaşlısı isə, Çohranlı bələdiyyəsindən 81 yaşlı - Nəsibov Nurəddin Cəyir oğludur.
57 saylı Kürdəmir dairəsi üzrə seçicilərin sayı 41 722 nəfər, məntəqələrin sayı isə 41-dir.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN