Kürdəmirdə qeyri-qanuni at kəsimi aşkarlanıb

Tarix: 16-4-2015 // saat: 22:01
Aprelin 15-i axşam saatlarında daxil olmuş məlumat əsasında Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kiloqram at əti aşkar edib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub. İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülüb (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib.
http://azertag.az/xeber/847188

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN