2014-2015-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən keçirilən 13 yaşadək (U-13) qız futbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatında İsmayıllı rayonunun Hacıhətəmli kənd tam orta məktəbinin “Babadağ” komandası çempion adını qazanıb. Bu münasibətlə keçirilən toplantıda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizin paytaxtı Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi Azərbaycanı bir daha dünyada yenidən tanıdacaq. Görüşdə İcra hakimiyyətinin müavini Sevil Əhmədova , İsmayıllı Futbol Federasiyasının rəhbəri, Rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Nazim Ağakişiyev və məşqçi Ədalət Əhmədov iştirak edib. Sonda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov idmançılarla hədiyyələr təqdim edib.