İsmayıllıda meşələrin mühafizəsi və bərpası

Tarix: 16-4-2015 // saat: 21:44
 Meşə Mühafizəsi və Bərpası Müəssisəsi İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”na qoşulan, eləcə də təsdiq olunmuş “Meşə əkini və səpini” layihəsinə uyğun olaraq müəssisənin işçiləri tərəfindən Qalınçaq meşəbəyliyinin Topçu kəndi ətrafında 20 hektar ərazidə ağac əkmə aksiyası keçirilib. Əkin zamanı yerli meşə ağacları cinsindən olan akasiya, ağcaqayın, göyrüş, çinar, qovaq, söyüd, eləcə də şabalıd və qoz tinglərindən istifadə olunub. Ümumiyyətlə, müəssisə tərəfindən həmin ərazidə 20 mindən artıq ağac tingi əkilmiş, eyni zamanda palıd və digər ağacların toxumları səpilmişdir. Əkilən ağacların mühafizə olunub saxlanılması məqsədilə əkin aparılan sahə tikanlı məftillərlə hasara alınaraq  suvarılması təşkil edilib.Bundan sonra da, müəssisədə bütün meşəbəyliklər üzrə meşəbərpa və tinglik səpini işləri davam etdiriləcəkdir.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN