Şamaxıda “Heydər Əliyev və gənc nəslin tərbiyəsi” mövzusunda açıq dərs keçirilib

Tarix: 14-4-2015 // saat: 22:08
Şamaxıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələri üçün “Heydər Əliyev və gənc nəslin tərbiyəsi” mövzusunda açıq dərs keçirilib. AZƏRTAC xəbər verir ki, açıq dərs dosent Vahid Xanalıyev tərəfindən tədris olunub. Tələbələr əvvəlcə Heydər Əliyev Mərkəzində sərgilənən fotoşəkillər və sənədlərlə tanış olub, Ulu Öndərə həsr edilən videoçarxa baxıblar. Açıq dərsdə bildirilib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə məhz ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq uğrunda mübariz ruhlu gənc nəslin yetidirilməsindən ibarət olub. Dərsdə ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyi qarşısında qoyduğu vəzifələr bir daha tələbələrin nəzərinə çatdırılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
http://azertag.az/xeber/846455

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN