Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1044 nömrəli sərəncamı ilə “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün təsdiq edilmiş Dövlət Proqramı”nın məqsədi Azərbaycan Respublikasında talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azalmasından ibarətdir. Bu Proqrama və Təhsil Nazirliyinin sərəncamına əsasən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci gənclər arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirmə işinin həyata keçirilməsinə dair tədbirlər planı hazırlamışdır. Plana əsasən 14.04.2015-ci il tarixində Reyhanə Eyyubovanın təşkilatçılığı ilə “Müalicə işi” fakültəsinin tələbələri tərəfindən “Talassemiya- qan xəstəliyi və onun profilaktikası” və “ Nigah öncəsi tibbi müayinənin keçirilməsi sağlam gələcəyimizin qarantıdır” mövzularında təqdimat keçirilib. Tədbirdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Abdullətif Maqsudov və xəstəxananın Kliniki və biokimyəvi laboratoriyasının həkim-laboratoru Murad Həbibov tələbələri bu mövzuda dolğun məlumatlandırıblar. Kollecin direktor əvəzi Sevda Qasımova çıxış edərək tədbirin təşkilatçılarına və həkimlərə Dövlət Proqramına uyğun olaraq aparılan bu maarifləndirmə işinə kömək etdiklərinə görə təşəkkür edib.Bildirib ki, “Müalicə işi” ixtisası üzrə təhsil alan tələbələrimiz həkimlərimizin köməyi ilə bundan sonra da, belə tədbirləri davam etdirəcəklər.